30 
Apr
2024
01:52
56
183
2973
Virtual karabakh

Tanınmış azərbaycanlı hüquqşünas Ukraynadakı müharibədə ağır yaralanıb - FOTO

30 Apr, 2024
01:52
2973

Tanınmış azərbaycanlı hüquqşünas Ukraynadakı müharibədə ağır yaralanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev Ukraynadakı müharibədə yaralanıb.

Bu barədə rusiyalı jurnalist və ictimai siyasi xadim Maksim Şevçenko öz “Telegram” kanalında məlumat yayıb.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralıdır.

“Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edib. Elman Paşayevin təxliyəsində köməklik göstərilməsi üçün məsələyə aidiyyəti olan hər kəsdən xahişim var”, - deyə Şevçenko yazıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri