16 
Apr
2024
16:20
107
28
968
yuxarı
Bayden “Çexoslovakiya xalqının Kiyevə dəstəyinə” görə Praqaya təşəkkür edib
16 Apr, 2024
16:20
968
107
28
Bayden “Çexoslovakiya xalqının Kiyevə dəstəyinə” görə Praqaya təşəkkür edib
ABŞ Prezidenti Co Bayden çıxışı zamanı səhv danışıb.
Məlumata görə, Bayden Çexiya və Çexoslovakiyanı səhv salaraq Praqaya “Çexoslovakiya xalqının Ukraynaya verdiyi dəstəyə” görə təşəkkür edib.
Xoşagəlməz insident ABŞ lideri ilə Çexiyanın Baş naziri Petr Fiala arasında görüş zamanı baş verib.
“Mən sizin sadəliyinizi və Çexoslovakiya xalqının dəstəyini nə qədər yüksək qiymətləndirdiyimizi ifadə edə bilmərəm”, - deyə Bayden bildirib.
Bundan dərhal sonra prezident səhv dediyini anlayıb və sözünü düzəldərək Çexiyanın Ukrayna xalqını dəstəkləməsindən danışdığını açıqlayıb.
Mənbə: REN TV
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək