29 
Apr
2024
17:06
179
10
1602
Virtual karabakh

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

29 Apr, 2024
17:06
1602

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Səbail rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, “Toyota Prado” markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Pərviz Elşad oğlu Muradov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən, sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri