16 
Apr
2024
14:38
20
134
4536
Virtual karabakh

Ümumvətəndaş pasportlarının verilməsində yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

16 Apr, 2024
14:38
4536

Ümumvətəndaş pasportlarının verilməsində yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində yaranan problem aradan qaldırılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, problemin nədən qaynaqlandığı araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov isə Oxu.Az-a açıqlamasında bildirib ki, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin fəaliyyətində heç bir problem yaranmayıb. Bu istiqamətdə vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlər qəbul edilməklə müvafiq xidmət göstərilir.

12:51

“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində problem yaranıb.

Bu haqda Oxu.Az-a oxucular məlumat verib.

Qeyd olunub ki, söhbət 1 saylı “ASAN xidmət” mərkəzindən gedir.  

“Bu gün səhər 09:00-dan etibarən xidmətin işində hansısa problem yaranıb. Hazır sənədləri təhvil versələr də, sənəd qəbulu dayanıb”, - deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri