29 
Apr
2024
21:18
96
137
1399
Virtual karabakh

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupu ilə keçirilən görüşlə bağlı paylaşım edib - YENİLƏNİB + FOTO

29 Apr, 2024
21:18
1399

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupu ilə keçirilən görüşlə bağlı paylaşım edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İslam İnkişaf Bankı Qrupu ilə keçirilən görüş çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalanıb, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirilib”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.

“Bu sənədlərin icrası əməkdaşlığımızın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacaq”, - deyə Mikayıl Cabbarov qeyd edib.

18:36

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.

O, bu barədə öz “X” hesabında paylaşım edib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə bankla ölkəmizin birgə fəaliyyətinin genişləndirilməsi və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından səmərəli görüş keçirdik”, - deyə Mikayıl Cabbarov qeyd edib.

16:36

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

O, bu barədə öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin təşviqi, bərpa olunan enerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr çərçivəsində birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri